Hamıya eyni AI dərsi keçmək lazım deyil.
Proqram şirkətin şöbələri və real iş prosesləri üzərində qurulur — hazır kurs kimi deyil.
- 01
Anla
Şöbənin işini və AI ilə işləməyin ortaq üsulunu qur.
- 02
Seç
Hansı işin AI-a veriləcəyini əsaslandırılmış seç.
- 03
İcra et
Real iş üzərində nəticə çıxar, analiz et, qur və avtomatlaşdır.
- 04
Standartlaşdır
Bir nəfərin üsulunu komandanın sənədləşmiş standartına çevir.
- 05
Təhvil ver
İşə sal, sahibini təyin et və şirkətdə qalan hala gətir.
Müddət və format şirkətin ölçüsü, seçilmiş şöbələr və iş axınlarına görə müəyyən edilir.
Üç qat. Biri sabit, biri seçilir, biri sizindir.
Sıfırdan qurulan proqram deyil — və hazır slayd dəsti də deyil.
- 01Sabit
Ortaq AI iş üsulu
Nəticənin təsviri, kontekst, yoxlama, standartlaşdırma və təhvil. Bütün şöbələr üçün eynidir.
- 02Seçilir
Şöbəyə uyğun tətbiq
Eyni prinsip, fərqli iş. Altı şöbədən yalnız sizə lazım olanlar götürülür.
- 03Sizin
Şirkətin real iş ssenarisi
Komanda öz brieflərini, hesabatlarını və proseslərini gətirir. İş nümunə tapşırıq üzərində yox, real material üzərində gedir.
Ortaq metod. Şöbəyə uyğun tətbiq. Şirkətin öz işi.
Yeddi modul. Şöbənizə uyğun tətbiq.
Şöbəni seçin — hər modulun sizin komandanız üçün nə demək olduğunu görün.
Şöbə eyni işi eyni keyfiyyətlə çıxaran ortaq bir üsulla işləməyə başlayır — nəticə konkret şəxsdən asılı olmaqdan çıxır.
- Nəticəni əvvəlcədən təsvir et.
- Kontekstini bir dəfə yaz, hər dəfə istifadə et.
- Böyük işi aparıla bilən addımlara böl.
- Nümunə göstər — izah etməkdən tez işləyir.
Bu şöbədəKampaniya brief-inin strukturlaşdırılması
Brief → kontekst → variant → yoxlama → təsdiq
Şirkətdə qalırMarketing kontekst faylı + brief şablonu
Komanda hansı işin AI-a verilməli, hansının verilməməli olduğunu ayırd edir və birinci use-case-i əsaslandırılmış şəkildə seçir.
- Həftəlik işi görünən hala gətir.
- Hansı iş AI-a uyğundur, hansı yox.
- Use-case-ləri təsir və çətinliyə görə sırala.
- Birinci use-case-i seç və əhatəsini bağla.
Bu şöbədəAylıq kontent istehsalı dövrü
İş inventarı → uyğunluq → sıralama → birinci axın
Şirkətdə qalırMarketing use-case xəritəsi
Komanda öz gündəlik iş nəticəsini AI ilə çıxarır — şirkət dilini saxlayaraq və təsdiq addımını itirmədən.
- Brief-i işlədilə bilən formaya sal.
- İlk versiyanı çıxar, sonra itilə.
- Variantları müqayisə et və seç.
- Şirkət dilini və standartını saxla.
Bu şöbədəKampaniya materialının istehsalı
Brief → variant → seçim → təsdiq → material
Şirkətdə qalırKampaniya material dəsti + brief şablonu
Komanda dağınıq məlumatdan qərar üçün hazır brif çıxarır — və nəyin yoxlanmadan qərara götürülə bilməyəcəyini bilir.
- Dağınıq məlumatı bir yerə yığ.
- Xülasə çıxar — nə deyir, nə demir.
- Ssenariləri müqayisə et.
- Qərar üçün nə lazımdırsa, onu hazırla.
Bu şöbədəKampaniya nəticəsinin oxunması
Göstəricilər → sintez → nə işlədi/nə yox → növbəti addım
Şirkətdə qalırKampaniya nəticə brifi
Komanda bir təkrarlanan prosesi işləyən axına və ya kiçik daxili alətə çevirir — insan təsdiqi yerində qalmaqla.
- Prosesin addımlarını görünən hala gətir.
- Hansı addım avtomatlaşır, hansı insanda qalır.
- İlk axını qur və sına.
- Komandaya lazım olan kiçik aləti qur.
Bu şöbədəKontent istehsal axını
Brief daxil olur → material hazırlanır → təsdiq → yayım növbəsi
Şirkətdə qalırKontent axını + təsdiq nöqtəsi
Bir nəfərin işlədən üsulu komandanın sənədləşmiş standartına çevrilir — və yeni əməkdaş onu ilk həftədə götürə bilir.
- Bir nəfərin üsulunu komandanın üsuluna çevir.
- Şablon və təlimatları bir yerə yığ.
- Keyfiyyət və təsdiq nöqtələrini təyin et.
- Yeni əməkdaş bunu necə götürür?
Bu şöbədəKontent istehsal standartı
Brief → istehsal → keyfiyyət → təsdiq → yayım
Şirkətdə qalırMarketing workflow sənədi + şablon dəsti
Proqram bitəndə ən azı bir use-case real iş axınında işləyir, sahibi var və şirkət onu davam etdirə bilir.
- Bir use-case-i real istifadəyə çıxar.
- Sahibini təyin et.
- Bir dövr işlət və nəticəni ölç.
- Rəhbərliyə göstər — nə dəyişdi.
Bu şöbədəKontent istehsal axınının işə salınması
İşə sal → bir kampaniya → ölç → təhvil → backlog
Şirkətdə qalırİşləyən kontent axını + playbook
Hansı komandadan başlamaq doğrudur — birlikdə müəyyən edək.
Şöbələri, iş proseslərini və məqsədləri nəzərdən keçirib uyğun Corporate proqram formatını müzakirə edək.
